Sürücünü döyən nəqliyyat işçiləri barəsində cinayət işi açıldı

Nəqliyyat Nazirliyinin əməkdaşları barəsində cinayət işi açılıb. Bakı şəhər prokurorluğundan avtosfer.az-a verilən məlumata görə, aprelin 23-də saat 13 radələrində "Yeni Avtovağzal Kompleksi"nin yaxınlığında Nəqliyyat Nazirliyinin "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin əməkdaşları Əhmədov Rəşad Yahuzər oğlu, Həsənov Fərid Kamil oğlu və qeyrilərinin Həsənov Vüsal İlqar oğlunun idarə etdiyi "Mercedes Benz E220" markalı 10-NN-595 dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə avtomobilə minib sonuncunun sənədlərini tələb etmələri, daha sonra V.Həsənova qarşı zor tətbiq etməklə ona bədən xəsarətləri yetirmələrində əsaslı şübhələr olduğundan həmin fakta görə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












