Sürücünün meyiti maşından çətinliklə çıxarıldı

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik maşını ilə yük avtomaşınının toqquşması nəticəsində “Mercedesin” sürücüsü hadisə yerində ölüb. Fövqəladə Hallar Nazirliyinin xilsaedicilərinin köməkliyi ilə meyit deformasiyaya uğramış maşından çıxarılıb. Maşında olan sərnişin isə ağır bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat idarəsində araşdırmalar davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi də Bakı-Quba yolunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Bakı-Quba yolunun 125-ci kilometrliyində, Siyəzən rayonu ərazisində "Mercedes" markalı minik və "Kamaz" markalı yük avtomobilləri toqquşub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, sərnişini yanğınsöndürən-xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən aparılıb. Sürücünün meyiti deformasiyaya uğramış minik avtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxarılaraq aidiyyətı üzrə təhvil verilib.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












