Sürüşmə davam etsə, Bakı-Sumqayıt yolu dağılacaq

Əgər Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş vermiş sürüşmə davam etsə, Bakı-Sumqayıt yolu da dağılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib. Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında sürüşmənin baş verdiyi ərazi "Azəryolservis"in balansında deyil. Hələlik sürüşmə Bakı-Sumqayıt yoluna ciddi təsir göstərməyib və nəqliyyat vasitələrinin yolla hərəkətinə heç bir qadağa qoyulmayıb: "Buna baxmayaraq, baş verən sürüşmə yol üçün böyük təhlükə törədir. Ona görə də hər ehtimala qarşı ərazidə bəzi qabaqlayıcı tədbirlər görülüb ki, sürüşmə yola təsir etməsin. Sürüşmə nəticəsində əmələ gələn çatların üstü asfaltla örtüldü ki, yağış yağarsa, su axıb sürüşməni sürətləndirməsin".
"Azəryolservis" rəsmisi bildirib ki, hələlik hadisə ilə bağlı araşdırmalar davam edir: "Məsələ ilə bağlı yekun rəyi Fövqəladə Hallar Nazirliyi verməlidir. FHN səbəbləri və təhlükənin dərəcəsini açıqladıqdan sonra işimizi ona əsasən quracağıq. Böyük ehtimalla, orada yarğan sökülüb, ərazidə bərkitmə işləri aparılacaq".
Qeyd edək ki, dünən, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev trend-ə bildirib ki, Bakı Avtovağzal Kompleksinin qarşısında baş verən sürüşmə, çökmənin əhatə dairəsi genişlənə bilər.
Onun sözlərinə görə, əgər yağış yağarsa, sürüşmə, çökmə ərazilərinin sahəsinin böyüyəcəyi ehimal edilir. Hadisənin ilkin səbəbinin isə həmin yerə yaxın ərazidə suvarılma işlərinin aparılması, atmosfer çöküntülərinin artıq olması güman edilir.
Nazirlik rəsmisinin sözlərinə görə, əvvəllər həmin ərazidə müəyyən problemlər olub, lakin əlavə təsirlər ərazidə qeyd edilən hadisənin baş verməsinə səbəb olub.
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO










