Şuşa turları ilə bağlı narazılığa agentlikdən REAKSİYA

Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan vətəndaşlarının Qarabağa səfərlərinin təşkilinə başlanıldı. Bu məqsədlə Şuşa və Ağdama avtobus reysləri açıldı. Tezliklə işğaldan azad edilmiş digər ərazilərə də bu cür səfərlərin həyata keçirilməsi planlaşdırılır. Şuşa və Ağdama səfər üçün bilet satışını həyata keçirmək məqsədilə “yolumuzqarabaga.az” saytı yaradılıb. Gediş və dönüş biletləri bir yerdə alınır. Bakıdan Şuşaya gediş-dönüş biletinin qiyməti 20 manat 80 qəpik, Əhmədbəyli-Şuşa-Əhmədli reysi üzrə isə 14 manatdır. Avtobuslarda yerlərin sayı məhdud olduğundan biletlərin satışı qısa zamanda yekunlaşır. Lakin sosial şəbəkələr və bəzi mətbuat orqanlarında yayılan xəbərlərə əsasən, sistemdə biletlər bitsə də, tur şirkətləri tərəfindən Şuşaya bir günlük tur paketlər təklif olunur. Müxtəlif şüarlar altında Şuşaya səfər təklif edən tur şirkətlərinin bir günlük qiymətləri 55-60 manat arasında dəyişir. Standart paket üçün qiymətlər 60, ekonom paket üçün isə 55 manat təşkil edir. Turizm şirkətlərinin özbaşınalığı vətəndaşlar arasında narazılıq doğurur. Bildirilir ki, 20 manatlıq biletin 60 manata təklif olunması qanunsuzluqdur və bunun qarşısı dərhal alınmalıdır.
Modern.az mövzu ilə bağlı Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva turizm şirkətlərinin fəaliyyətinə nəzarət mexanizminin olmadığını bildirib: “Məlum olduğu kimi, hazırda Azərbaycanda turizm şirkətləri lisenziya olmadan fəaliyyət göstərir. Turizm fəaliyyəti ilə məşğul olmaq üçün sadəcə müvafiq vergi orqanlarına müraciət edərək fiziki və hüquqi şəxs kimi VÖEN əldə etmək lazımdır. Bu səbəbdən onların fəaliyyətinə nəzarət mexanizmi yoxdur”. G. Mustafayevanın sözlərinə görə, bazar iqtisadiyyatı dövründə şirkətlər qiymətləri özləri tənzimləyir: “Ümumiyyətlə, “yolumuzqarabağa” saytından söhbət gedirsə, biletlərin onlayn formada satışı və səfərlərin təşkili Dövlət Turizm Agentliyinin səlahiyyətində deyil”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












