Şuşada şəhidlərin xatirəsi ehtiramla yad edilib - FOTOLAR

44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ölkəmizin bütün bölgələrində olduğu kimi, işğaldan azad edilmiş Şuşa şəhərində də ehtiramla yad olunub. Anım tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəblilər, doğma yurdlarına qayıtmış Şuşa sakinləri iştirak ediblər.
Avtosfer.az xəbər verir ki, mərasim iştirakçıları Şuşa şəhərindəki Şəhidlər xiyabanında xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Şəhidlərin xatirəsi yad olunub, ruhlarına dualar oxunub. Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Ölkəmizin bütün ərazisində olduğu kimi, Şuşa şəhərində də saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.













Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS












