Şuşaya çəkilən yol "Zəfər yolu" adlandırılsın - Hüquqşünasdan TƏKLİF

"Şuşaya çəkiləcək yeni yol (Füzuli–Şuşa avtomobil yolu) bu mötəşəm şəhərə aparacaq üçüncü yol olacaq." Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, bu yolun çəkilməsi çox əhəmiyyətlidir.
"Məlum bəyanatla əldə edilən razılaşmaya əsasən, Şuşaya gedən indiki iki yol – həm Laçın tərəfdən, həm də Ağdam tərəfdən olan yol hələlik sülhməramlıların nəzarəti altında olacaq. Ona görə də bu yolun çəkilməsi çox mühümdür. Onun çəkilməsindən sonra biz tam rahatlıqla, heç bir maneə olmadan Cənubdan Şuşaya gedə biləcəyik.
Bu yolun həm də çox qürurverici, rəmzi əhəmiyyəti olacaq. Məsələ burasındadır ki, müzəffər Ordumuz Qarabağın gözü olan Şuşamıza məhz həmin yolla daxil olub. Özü də döyüşə-döyüşə, sözün geniş mənasında buldozer kimi qabağına keçəni kürüyərək açıb o yolu. Ona görə də bu yol ZƏFƏR yolu olacaq. Yolun rəsmən belə adlanmasına çox sevinərəm.
Eşq olsun Ordumuza!"
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO












