Taksi qiymətlərinin bahalaşması ilə bağlı AÇIQLAMA

Bayram günlərində taksi qiymətlərinin artması ictimaiyyətdə tez-tez müzakirə mövzusuna çevrilir. Bu fonda bayram günləri üçün sabit taksi tariflərinin tətbiqinin mümkün olub-olmaması maraq doğurur.
Maraqlıdır, gələcəkdə bayram günləri üçün sabit taksi tarifləri tətbiq oluna bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, taksi xidmətlərində qiymətlərin dövlət tərəfindən tənzimlənməsi mümkün deyil.
“Taksi şirkətlərinin fəaliyyəti sərbəst bazar prinsipləri əsasında qurulub və gedişhaqları dövlət qurumları tərəfindən müəyyən edilmir”.
Ekspert qeyd edib ki, taksi tarifləri operatorların özləri tərəfindən formalaşdırılır və qiymətlər bazar tələbinə uyğun dəyişir:
“Sabit tariflərin tətbiqi mümkün deyil. Çünki bu sahəyə dövlət müdaxiləsi yoxdur. Qiymətləri bazar müəyyən edir və bu da rəqabətin formalaşmasına şərait yaradır”.
Y.Mustafayev əlavə edib ki, taksi xidmətləri kommersiya fəaliyyətidir və bazar araşdırmaları aparan, qiymət siyasətini müəyyən edən mütəxəssislər mövcuddur. Onun fikrincə, məhz bu mexanizm əsasında fəaliyyət göstərmək daha məqsədəuyğundur.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












