Taksi sürücüləri etiraz aksiyası keçirdi

Avropalı taksi sürücüləri əlbir olaraq kütləvi etiraz aksiyası keçirib. ANS-in məlumatına görə, şərti olaraq “İlbiz” əməliyyatı adlandırılan bu aksiyada taksi sürücüləri Paris, London, Madrid, Berlin və Romada süni tıxaclar yaradıb. Mərkəzi yollarda nəqliyyatın hərəkəti iflic olub. Parisdə taksi sürücüləri tıxacı daha da böyütmək məqsədilə “Orli” aeroportuna və “Orli-Val” dəmiryolu vağzalına yığılmağı qərara alıb. Digər şəhərlərdə də taksilər dəmiryolu stansiyalarına toplaşıb. “Über” onlayn şirkətinə və sifarişli taksi xidmətləri təklif edən digər qurumlara qarşı aksiya keçirən sürücülər iddia edir ki, yeni ədalətsiz rəqabət nəticəsində onların peşəsi risk altına düşüb. Söhbət turistlər üçün həftəlik, aylıq və ya sadəcə bir neçə günlük icarəyə verilən sürücülü maşınlardan gedir. Fransada artıq kifayət qədər inkişaf etmiş bu xidmət növü Vi-Ti-Es adlanır. Adi taksi sürücülərini hiddətə gətirən əsas məqamlardan biri, həmin şirkətlərə vergi güzəştlərinin olması və onların 24 saat xidmət göstərə bilməsidir.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












