Taksi sürücüləri etiraz edirlər

Fransada taksi sürücüləri yenidən etiraz nümayişlərinə başlayıblar. Avtosfer.az xəbər verir ki, taksi və avtomobillərini kirayə verən sürücülərin həmkarlar ittifaqları bu gündən başlayaraq Fransada müxtəlif tələblərlə etiraz nümayişi keçirməyə çağırış edib. Paris, Lion, Nitsa, Montpellier, Bordo və Nant kimi bir neçə böyük şəhərində sərnişin nəqliyyatı sürücüləri, o cümlədən taksi və fərdi kirayəlik avtomobil sürücüləri həmkarlar ittifaqlarının təşəbbüsü ilə etiraz aksiyalarına başlayıblar. Həmkarlar ittifaqları bildirir ki, sürücülərin sayının həddindən artıq çox olması gəlirlərin azalmasına səbəb olur. Buna görə də onlar yeni sürücülərin fəaliyyətə başlamasına moratorium qoyulmasını və xidmət haqlarının artırılmasını tələb edirlər. Taksi sürücüləri, həmçinin xəstələrin daşınmasını nəzərdə tutan yeni tibbi sığorta müqaviləsinin onların gəlirlərinə mənfi təsir göstərəcəyindən narahatdırlar. Etirazçılar Əmək və Nəqliyyat nazirlikləri ilə danışıqlar aparacaqlarına ümid edirlər. Müxtəlif şəhərlərdən yola düşən taksilər Parisə doğru hərəkət edir.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












