Reklam

Taksi sürücülərindən şok cəza - VİDEO + FOTO

Gündəm 8 Sentyabr 2015 12:30 Oxunub 1616
Taksi sürücülərindən şok cəza - VİDEO + FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinləri soyundurdular

Rusiyanın Nijni Tagil şəhərində fəaliyyət göstərən "Vezyot" dispetçer xidməti iki taksi sürücüsünü işdən kənarlaşdırıb. Bu sürücülər müştərilərini soyunduraraq onların bədəninə brilliant yaşılı ("zelyonka") vurublar, sonra da bunu videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar. Автосфер.аз E1-ə istinadən bildirir ki, bunu "Vezyot"un direktoru Konstantin Novikov deyib: "O sürücülər şirkətimizlə əməkdaşlıq etməyəcəklər, çünki tərbiyəsizlik ediblər. Onların əməli yolverilməz hadisə, cinayət, şərəf və ləyaqətin alçalmasıdır. Sürücülərin əməli, çox yəqin ki, zorakı olub. Kimsə könüllü şəkildə belə etməz".

Sürücülər isə iki müştərinin könüllü soyunaraq üzərilərinə məşhur antiseptik vasitəni tökdüklərini söyləyiblər.

Sentyabrın 3-də YouTube-da "Tagilli taksi sürücülərini heç vaxt aldatmayın" adlı video yayılmışdı. Bu video gediş pulunu verməyən iki sərnişini yol kənarında soyunmağa və bədənlərinə "zelyonka" sürtməyə vadar edən sürücülərlə onların qurbanlarını əks etdirir.

Videonun müəllifi "Vezyot" taksi xidmətinin artıq sabiq sürücüsü İlya Maşevskidir.

Onun sözlərinə görə, hadisə avqustun 29-da baş verib.

"Bu sərnişirlər başqa sürücünün taksisində idilər. Sərnişinlərin pul vermək niyyətində olmadığını anlayanda sürücü rasiya ilə yardım çağırdı. Biz də sərnişinləri cəzalandırdıq. Sərnişinlər əvvəlcə üç nəfərdilər. Onlar Rudnik qəsəbəsindən şəhərin mərkəzinə gedirdilər. Gediş haqqı 400 rubl təşkil edib. Sərnişinlər pul vermək istəməyiblər. Onların biri qaçıb, ikisi isə əməllərinə görə cavab verməli olublar. Onlara qarşı kimsə zorakılıq etməyib. Özləri soyundular, üz-gözlərinə "zelyonka" çəkdilər. Seçimləri yoxdu: ya gediş haqqını ödəməli, ya da müalicə olunmalıydılar. "Zelyonka" axı müalicə vasitəsidir.

İkinci taksi sürücüsü Mixail Bovırin isə bildirib ki, videodakı sərnişinlər narkomanlardır: "Belə yaramazlar hər gün maşınlarımıza otururlar. Dedikləri yerə aparırsan, oradasa məlum olur ki, gediş haqqını verməyə pulları yoxdur. Bəs yaxşı, belələri ilə nə edək?! Döyməyin mənası yoxdur - polisə şikayətlənəcəklər. Polis çağırmaq da mənasızdır, çünki 10 dəqiqə sonra buraxacaqlar. Gediş pulunu, sərf edilən benzinin pulunu kimsə bizə vermir".

 

Rusiyanın Sverdlovsk vilayətinin baş polis idarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelixin dediyinə görə, zərərçəkən sərnişinlər şikayətlənsələr, taksi sürücülərinə qarşı cinayət işi qaldırılacaq.

Avqustun əvvəllərində Nijni Tagil şəhərində taksi sürücüləri Şəhər Günü bayramında gənc qızı da "zelyonka" ilə cəzalandırmış, olayın videosunu sosial şəbəkələrdə yaymışdılar.

Həmin videonun müəllifi də Maşevski idi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh