Taksi sürücülərinə qarşı REYD- FOTO

Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Gəncə Regional Şöbəsinin əməkdaşları Gəncədə şəhərdaxili ictimai nəqliyyatda qaydalara əməl etməyən və qanunsuz olaraq taksi fəaliyyəti göstərən sürücülərə qarşı reyd keçirib. "Report" xəbər verir ki, aparılan yoxlamalar zamanı bir çox sürücünün vahid geyim formasından istifadə etmədiyi, avtomobili natəmiz saxladığı, nəqliyyat vasitəsini sənədsiz idarə etdiyi məlum olub. DANX-nin Gəncə Regional Şöbəsinin aparıcı məsləhətçisi İsa Quliyev bildirib ki, keçirilən reydlər zamanı 4 nəqliyyat vasitəsinin sürücüsünə qarşı inzibati qaydada protakol tərtib olunub: "3 nəqliyyat vasitəsi isə xətdən uzaqlaşdırılıb. Bundan başqa, 7 nəqliyyat vasitəsi isə çirkli olduğundan təmizlənməsi üçün müvəqqəti olaraq xətdən çıxarılıb".
Qeyd edək ki, növbəti günlərdə mikroavtobuslarda benzin əvəzinə maye qazdan istifadə hallarına qarşı da reydlər keçiriləcək.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar














