Taksi sürücülərinə tətbiq olunacaq YENİ QAYDA: “Bu sahədə boşluq var idi” – Ekspert RƏYİ

Milli Məclisin bu gün keçirilən plenar iclasında qəbul edilən “Tibbi sığorta haqqında” qanuna əsasən, Azərbaycanda taksi sürücüləri minimum əməkhaqqının 4 faizi miqdarında (12 manat) icbari tibbi sığorta haqqı ödəyəcəklər. İcbari tibbi sığorta haqqının “Fərqlənmə nişanı” alınarkən ödənilməsi nəzərdə tutulub.

Nəqliyyat eksperti Elməddin Muradlı Yenicag.az-a açıqlamasında yeni qanunu şərh edərək, dünya ölkələrində bu prosesin çoxdan həyata keçirildiyini bildirib.
Ekspert bu sahədə boşluq olduğunu və yeni qanun layihəsinin bu boşluğu dolduracağını vurğulayıb: “Bütün sahələrdə işçilərin tibbi sığortasının təmin edilməsi məsələsi öz əksini tapır. Taksi sürücüləri ilə bağlı bu sahədə bir boşluq var idi. Bu boşluğun aradan qaldırılması üçün qanun layihəsi Milli Məclisə təqdim edildi. Çünki taksi sürücüləri ilə bağlı vergi, sosial ödənişlər fərqli formada yığılır. Bununla bağlı standart rəqəmlər var. Gəlirə görə hər hansı dəyişiklik baş vermir. Tibbi sığorta məsələsi isə açıq qalmışdı, bunu da yeni layihə ilə tənzimlədilər. İstənilən sahədə fəaliyyət göstərən şəxs gəlir əldə edirsə, vergi və digər sosial ödənişləri, o cümlədən də icbari tibbi sığorta haqqını ödəməlidir. Bu, dünyada baş verən bir prosesdir. Taksi sürücülərinin də bundan yararlanması yaxşı olardı. Düzdür, hələ ki, cəmiyyətimiz tibbi sığortadan tam yararlana bilmir, amma gələcəkdə bunun faydalarını görəcəyik. Əsas odur ki, qanunvericilikdə bu, öz həllini tapmalıdır”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












