Taksi sürücüsünü bıçaqlayaraq maşınını qaçıran şəxslərin məhkəməsi başlayıb - FOTO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ceyhun Nəsirov və İlqar Abbasovun cinayət işi üzrə növbəti məhkəmə iclasında keçirilib.
Avtosfer.az "report"a istinadən xəbər verir ki, Rahil Salmanovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Prosesin baxış iclası sentyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, C.Nəsirov və İ.Abbasov Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunurlar.
Xatırladaq ki, bu ilin mart ayında metronun “20 Yanvar” stansiyasının yaxınlığında iki nəfər - Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Nəsirov və Laçın rayon sakini İlqar Abbasov 53 yaşlı İntiqam Ağayevə məxsus "Hyundai" markalı avtomobilə əyləşərək onları Abşeron rayonu "At yalı" adlanan əraziyə aparmalarını xahiş ediblər. Müştərilər deyilən əraziyə çatanda İ.Ağayevə qarşı zor tətbiq ediblər. Onun əl nahiyəsinə biçaqla xəsarətlər yetirən cinayətkarlar sürücünün əl-qolunu bağlayıb avtomobilin yük yerinə qoyublar. Avtomobilin sükanı arxasına keçən C.Nəsirov və İ.Abbasov sürücünü yoldan bir qədər kənara ataraq maşınla birlikdə hadisə yerindən uzaqlaşıblar. İ.Ağayev yaxınlıqdan keçən yük maşınlarının köməyi ilə hadisə barədə polislərə məlumat verə bilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar













