Taksi sürücüsünü öldürənlərin hər biri 20 il cəza aldı – FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Zaqatala rayon sakini Mark Süleymanov (1994-cü il təv.) və Ağdam rayon sakini Pərviz Qasımovun (1983-cü il təv.) CM-nin 120.2.1-ci (bir qrup şəxs tərəfindən törədildikdə qəsdən adam öldürmə),120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə),120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3 (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Avtosfer.az oxu.az istinadən xəbər verir ki, ötən il dekabrın 15-də Baş Dövlət Yol Polis İdarəsinin YPX əməkdaşları tərəfindən Şamaxı rayonunun Muğanlı kəndi ərazisində Füzuli rayon sakini Ceyhun Qurbanovun (1988-ci il təv.) boğulma və üzərində kəsilmiş-deşilmiş xəsarəti olan meyiti “Azsamand” markalı avtomobilinin yük yerində tapılıb və araşdırmalar aparılması üçün Şamaxı RPŞ-nə məlumat verilib. Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparıldıqdan sonra, mərhumun meyiti məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya şöbəsinə göndərilib.
Ekspertizanın rəyinə görə, Ceyhun Qurbanov əvvəl kənar şəxs tərəfindən kəndirlə boğulub, sonra isə onun döş və qarın nahiyələrinə bıçaq zərbələri endirilib, ölümünə kəsici və deşici xəsarətlər fonunda baş vermiş kəskin xarici qanitirmə səbəb olub. Mərhumun şəxsiyyəti araşdırılarkən məlum olub ki, Ceyhun Qurbanov Bakıda Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayıb və taksi fəaliyyəti ilə məşğul olub.
İstintaq-əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Mark Süleymanov və Pərviz Qasımov Süleymanovun atasının Zaqatala rayonunun Qandıx kəndindəki evində yaxalanıblar. Məlum olub ki, qətl dekabrın 15-də Bakı-Şamaxı-Yevlax yolunun Şamaxının Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Dindirmə zamanı təqsirləndirilən şəxslər Ceyhun Qurbanovun pul müqabilində onları Zaqatalaya apardıqlarını bildiriblər. Yolda sürücü onları təhqir etdiyi üçün aralarında mübahisə başlayıb, buna görə onlar həmin şəxsi qətlə yetiriblər. Ceyhun Qurbanovu bıçaqlayandan sonra təqsirləndirilən şəxslər mərhumun şalvarının cibindən 3 manat pul götürüblər və meyiti avtomobilinin yük yerinə qoyaraq, maşını dərəyə aşırıblar.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri cəzalarını ciddi-rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












