Taksi xidməti kəskin BAHALAŞDI - Tənzimlənmələrə ciddi ehtiyac var

Taksi fəaliyyəti ilə bağlı iyulun 1-dən etibarən yeni qaydaların tətbiqindən sonra bir sıra şirkətlər xidmət müqabilində qiymətləri olduqca qaldırıb. Belə ki, əvvəlki qiymətlərə nisbətdə olduqca yüksək, hətta bəzi hallarda 2 dəfədən çox bahalaşma qeydə alınıb.
Taksi xidmətdindən istifadə edən müştərilər isə sözügedən qiymət artımına ciddi narazılıq bildiriblər. Sosial şəbəkələrdə bəzi istifadəçilər taksi şirkətlərinin hazırki situasiyadan sui-istifadə etdiyini və qiymətləri süni şəkildə qaldırdığını dilə gətirib.
Bu sahədə xidmət göstərən bir sıra tanınmış şirkətlərlə taksi sifarişi ilə bağlı əlaqə saxladıqda, həqiqətən də qiymət artımının fantastik dərəcədə olduğunu müşahidə etmək olur. Məsələn, əvvəllər 20 manata təqdim olunan gediş qiyməti, hazırda 30-32 manata qalxıb. Bəs görəsən, bu qiymət artımının başlıca səbəbləri nədir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, hazırda bu sahədə qiymət tənzimlənməsinə ciddi ehtiyac var:
“Taksi fəaliyyəti ilə bağlı qiymətlərin tənzimlənməsinə mütləq şəkildə ehtiyac var. Çünki qiymətlərin aşağı həddi müəyyənləşdirilsə də, yuxarı həddinə hər hansı bir məhdudiyyət tətbiq edilmir. Şirkətlər də bundan istifadə edərək, müxtəlif bəhanələr gətirməklə, qiymətləri artırırlar”.
Ekspertin fikrincə, aidiyyəti dövlət qurumlarının bu mövzuda müdaxilə etməsi mütləqdir:
“Başa düşdük, müəyyən məqamlara görə qiymətləri müəyyən qədər qaldırmaq olar. Çünki əvvəlki köhnə avtomobillərlə xidmət apara bilmirlər. Qismən yeni avtomobillər almalıdırlar. Amma bu ona dəlalət etmir ki, qiymətləri fantastik səviyyəyə gətirib çıxarsınlar. Ona görə hesab edirəm ki, aidiyyəti qurumlar bu qiymət mövzusunda mütləq müdaxilə etməlidir”.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












