Taksi xidmətinə ən azından 2024-cü ilin sonuna qədər vaxt verilməlidir - Ekspert
Gündəm
5 İyul 2024 16:54

İyulun 1-dən etibarən taksilərlə bağlı yeni tələblər qüvvəyə minsə də, bu gün köhnə avtomobillərlə taksi fəaliyyətinə hələ də rast gəlinir. İnsanlar şikayət edilər ki, taksi operatorları vasitəsilə taksi sifariş verdikdə sistemdə qeyd olunan yeni avtomobilin əvəzinə tamamilə başqa, köhnə avtomobil gəlir. Təəssüf ki, bu gün bu cür hallar mövcuddur”.
Avtosfer.az xəbər verir ki, bunu Bakupost.az -a nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
O bildirib ki, avtomobili köhnə olan taksi sürücüləri yaxın qohumlarının yeni avtomobili ilə sistemdə qeydiyyatdan keçərək köhnə avtomobilləri ilə taksi xidməti göstərirlər. Hətta bu kütləvi hal almağa başlayıb. Bu da insanlar tərəfindən narazılıqla qarşılanır:
“Belə hallara yol vermək olmaz. Bu, qanunsuzluqdur. Bu məsələyə sistem üzərindən nəzarət etmək mümkün olmur. Yalnız küçələrdə reydlər təşkil etməklə bu cür halların qarşısının alınması mümkündür. Reydlər zamanı qaydaları pozan sürücülərə qarşı cərimə sanksiyası tətbiq olunacaq və onlar xəttən kənarlaşdırılacaqlar".
Nəqliyyat eksperti İlqar Hüseynli isə bildirib ki, ilk gündən bu sistemə doğru yanaşma tətbiq olunmadı:
“Avtomobil parkının tamamilə yenilənməsi kifayət qədər vəsait tələb edir. Bu qanunun qüvvəyə minməsinə qədər taksi fəaliyyəti ilə məşğul olub ailəsini maddi imkanlar ilə təmin edən şəxslər var idi. 3 ayın içərisində bu qərar qəbul edilməli deyildi. Düşünürəm ki, dövlət taksi xidməti kimi fəaliyyət göstərən şirkətlər üçün bu müddəti uzatmalıdır. İyulun 1-i tez bir müddətdir. Problemdə bu səbəblərdən qaynaqlanır. Taksi şirkəti informasiyanı gizlədərək, əldə hansı maşın varsa onu xidmətə göndərir. Şirkət Nazirlər Kabinetinə və dövlətə müraciət etməlidir ki, avtomobil parkımı yeniləmək üçün maddi imkanları yoxdur, bunun üçün biraz vaxt verin. Burada 70 minə yaxın taksi xidməti ilə məşğul olan insanın ailəsinin maddi durumundan söhbət gedir. Avtomobil parkının yenilənməsi üçün çıxış yolu vaxtın uzadılmasıdır. Ən azından 2024-cü ilin sonuna qədər vaxt verilməlidir”.
Oxunub : 672
DİGƏR XƏBƏRLƏR
23 Avqust 2026 13:13
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
23 Avqust 2026 13:10
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
23 Avqust 2026 12:24
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
23 Avqust 2026 11:23
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
23 Avqust 2026 11:12
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
22 Avqust 2026 23:24
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
21 Avqust 2026 22:18
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
21 Avqust 2026 19:13
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
21 Avqust 2026 17:56
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
21 Avqust 2026 16:23
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
21 Avqust 2026 09:30
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
20 Avqust 2026 22:50
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
ŞƏRH YAZ










