Taksidən tələb olunan "yeniliklər"in nəticəsi: Köhnə avtomobillər ucuzlaşır, sürücülər işsiz qalır...

Taksi fəaliyyəti ilə bağlı yeni tələblər, qanunun qüvvəyə minməsi köhnə avtomobil sahiblərinin ürəyincə ola bilməz. Çünki yaşı 15 ildən yuxarı olan maşınlar xeyli ucuzlaşıb. Maşın bazarlarında daha “qoca” avtomobillərin sayı artıb. Həmin nəqliyyat vasitələrinin vacib təyinat istiqamətlərindən biri, bəlkə də, ən əhəmiyyətlisi sıradan çıxıb. Yəni o maşınlar taksi fəaliyyətinə heç bir halda yaramır. Bazarlara böyük axın var. Müştərilər isə köhnə avtomobillərə yaxın gəlmək istəmir.
Avtosfer.az xəbər verir ki, yeni tələblərə hazır olmayan “Prius”lar kütləvi şəkildə satışa çıxarılıb. Bu isə bazara təsirsiz ötüşməyib. Təkcə “Prius”lar yox, başqa köhnə maşınlar da ucuz təklif olunur. Qiymətlərdə təxminən 15-20 faiz azalma var. Nimdaş vəziyyətdə olan, ciddi kosmetik müdaxiləyə ehtiyac duyulan “Prius”lar hətta yarı qiymətinə satışa çıxarılır. Bundan başqa köhnə maşınlar da zərər görür. Qiymətlər ümumilikdə aşağı düşür, digər avtomobillər də layiq olduğu məzənnəyə satılmır.
Mühərrik həcmi böyük olan maşınların satışında da azalma müşahidə edilir. Daha çox taksiyə yararlı olacağı ehtimal edilən avtomobillər maraq görür. Bu işlə məşğul olmayacaq şəxslər onsuz da hibrid avtomobillər və elektromobillərə üstünlük verməyə başlayıb. Bazarda bu maşınların payının artması mənzərəni xeyli dəyişir. Taksi fəaliyyəti ilə məşğul olacaq şəxslər isə daha uyğun variantlar üzərində baş sındırır.
Uyğun variantlardan biri də yerli istehsal avtomobillərindən istifadədir. Daxili kredit şərtlərinin olması sürücülərin bütün hallarda işinə yarayır. Ən ucuz variant 23 min manata başa gəlir. Sürücülər bu haqda düşünməyə başlayıblar. Yerli avtomobillərin taksi fəaliyyətində payının artdığı da müşahidə edilir.
Bütün baş verənlər həm də bir acınacaqlı gerçəkliyi ortaya qoydu. Nə qədər sürücü işsiz qalıb. Yeni tələbləri hazırlamadan öncə bu məqam üzərində xüsusi düşünmək lazım idi. Dəyişiklik həm də sürücülərin sosial vəziyyətinin ağırlaşmasına xidmət etdi. Həm avtomobillərini dəyər-dəyməzinə satırlar, həm də işsiz qalırlar.
(bizimyol.info)
“BlackBerry”nin avtomobillər üçün yeni texnologiyası GÜNDƏM OLDU - FOTO
Bu şəxslərə hər ay 1500 manat veriləcək – ADLAR
Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? - AÇIQLAMA
Yaşlı əhalinin sosial təminatı sahəsində hansı problemlər var? – SOSİOLOQ AÇIQLADI
“Qurtuluş 93”ün yamaqlı yolları sürücüləri təngə gətirib – Yığılan pullar hara sərf olunur? - VİDEO
“AccessBank” müştərilərini saxta faiz başlıqları ilə aldadır? - İDDİA
Zelenskinin Qafqaza səfəri Rusiyanı niyə narahat edir? - POLİTOLOQ
Bakının bu küçəsi bağlı olacaq - Sürücülərin nəzərinə! - FOTO
Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır
Qapısının ağzında maşın saxlayanlar cərimələnir? – AÇIQLAMA
Paytaxtın 19 küçəsində sıxlıq var - SİYAHI










