Taksilər azalacaq, qiymət kəskin BAHALAŞACAQ

İyulun 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar isə kifayət qədər ciddidir. Ona görə də bu vaxtadək fəaliyyət göstərən 45-50 min taksi sürücüsünün heç də hamısı yeni tələbləri qarşılaya bilməyəcək.
Belə vəziyyətdə, iyulun 1-dən sonra nə baş verəcək?
Avtosfer.az xəbər verir ki, suala iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirib. O, açıqlamasında bildirib ki, yeni qaydaların tətbiqinə bir neçə gün qalsa da, cəmi 7 min sürücü icazə vərəqəsi alıb:
"Bu da onu göstərir ki, icazə vərəqəsi alan sürücülərin sayı tələbatdan dəfələrlə aşağıdır. Burada məsələyə iki cür- statistik və praktik yanaşma var. Bizim mental xüsusiyyətimiz belədir ki, bütün məsələləri müddət bitməsinə bir neçə gün qalmış və hətta sonuncu gün həll edirik. Fikrimin təsdiqi üçün avtomobillərin texniki baxış və sığorta məsələsini xatırlatmaq istəyirəm. Çoxluq əsasən sonuncu gün hərəkətə keçir. Ona görə də iyunun son günlərində icazə vərəqəsi almaq istəyənlər daha çox olacaqlar.
İkinci yanaşma ondan ibarətdir ki, yeni tələblərə cavab verəcək avtomobillərin ortaya çıxarılmasıdır. Məlumdur ki, hazırda ölkənin avtomobil parkındakı maşınların ən azı 70 faizi 10 il və daha çox istismar olunan avtomobillərdir.
Ona görə də hesab etmirəm ki, bu gün Bakıda və ölkədə yeni tələblərə cavab verən onminlərlə avtomobil olsun. İndiki reallıqdan çıxış edib deyə bilərik ki, gələn həftə güclü taksi qıtlığı və kəskin qiymət artımı ilə rastlaşa bilərik. Çünki tələb təklifi üstələyəndə qiymət artımı qaçılmaz olur. Ona görə də biz iyulun 1-dən sonra fərqli mənzərənin şahidi ola bilərik".
Fuad İbrahimov onu da əlavə edib ki, qiymət artımı yeni avtomobil sahiblərinin bu sahəyə marağını artıracaq:
"Bundan əlavə qiymət artımı ictimai marağı çoxaldacaq. Bununla belə heç kəs deyə bilməz ki, "Prius"lar iyulun birindən yoxa çıxacaqlar. Ola bilsin ki, həmin avtomobillər qanunsuz yolla fəaliyyətlərini davam etdirməyə çalışacaqlar. Bundan başqa bir çox ölkələrdə qanunsuz onlayn taksi xidmətləri var. Ehtimal ki, bu varianta da əl atılacaq. Yəni qısa zamanda bu qədər taksini bu və digər səbəbə görə dövriyyədən çıxarmaq asan olmayacaq".
(bizim.media)
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA










