Taksilərlər bağlı daha bir PROBLEM: Ünvana çatanda qiymət artır

Bəzən taksi sifariş verərkən yolda və ya mənzil başına çatanda qiymət dəyişə bilir. Bu isə müştəri və sürücü arasında mübahisəyə səbəb olur.
Bəs taksi sifarişi verərkən əvvəlcədən göstərilən məbləğ niyə artır?
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, xarici taksi şirkətlərinə daimi nəzarət olunmalıdır.
"Onlara icazə verilməməlidir, çünki onlar sərnişinləri narahat edə bilərlər. Xüsusilə, taksi sürücülərinin hüquqlarını pozurlar, ödənişləri vaxtında etmirlər və vətəndaşlarla sərt ünsiyyət qururlar. Xidmətin keyfiyyətli və təhlükəsiz davam etməsi üçün taksi şirkətləri daim nəzarət altında saxlanılmalıdır".
Bundan əlavə olaraq taksi sifarişi verərkən əvvəlcədən göstərilən məbləğ bəzən artır. Sürücülər bunu gecikmə, işıqforda gözləmə və s. səbəblərlə bağlayırlar. Öncədən taksi şirkəti ilə müştəri arasında razılaşmış müqavilə olmalıdır.Süni qiymət artımının olması düzgün deyil".
Taksi koordinatorunun sözlərinə görə, bəzən qiymət artımı ola bilər.
"Bu zaman sürücü öncədən müştərini xəbərdar edir. Bura yoldakı propka, gözləmə və digər səbəblər aiddir. Əgər sürücü süni şəkildə yolu uzadarsa, bu zaman müştəri taksi şirkətinin dəstək xidmətinə məlumat verməlidir".
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentli (AYNA) verilən məlumata əsasən, taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur.
"Belə hallarla qarşılaşan sərnişinlərdən AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur. Taksi nəqliyyat vasitəsilə sərnişin daşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür", - deyə məlumatda qeyd edilib.
(milli.az)
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA










