Tanınmış meyxanaçı başqa xəstəxanaya aparılarkən yolda ölüb - RƏSMİ - YENİLƏNİB

İyulun 5-i saat 04:54-də Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Elnur Əskərov (Elnur Valeh) dəqiqləşdirilməmiş koma, hemorragik insult diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, xəstəyə zəruri ilkin tibbi xidmətlər göstərilib, instrumental müayinələr aparılıb, xəstənin vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib.
İyulun 9-u gecə saatlarında yaxınlarının təkidi ilə E.Əskərov Bakı şəhərində yerləşən özəl klinikalardan birinin təcili tibbi yardım avtomobili ilə təxliyə olunarkən yolda vəfat edib.
Qeyd edək ki, E.Əskərov 16 il müddətində şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkib, dializ müalicəsi alıb.
***
Bir neçə gün öncə komaya düşən tanınmış meyxanaçı Elnur Valeh vəfat edib.
Avtosfer.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Qeyd edək ki, meyxanaçı 16 ildir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkir, dializ müalicəsi alırdı.
Onun bir neçə gün öncə toydan çıxarkən halı pisləşib və komaya düşüb.
(oxu.az)
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












