Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü

Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması və yol hərəkətinin daha səmərəli təşkili məqsədilə son illər müxtəlif infrastruktur yenilikləri tətbiq olunur. Bu kontekstdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən paytaxtın əsas magistrallarından biri olan Tbilisi prospekti üzərində “cib” tipli zolaqların yaradılması təşəbbüsü diqqət çəkir.
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Mütəxəssislərin fikrincə, bu tip zolaqlar əsas hərəkət axınını yavaşladan amillərin – xüsusilə, ictimai nəqliyyatın dayanacaq zamanı yaratdığı sıxlığın qarşısını almağa xidmət edir. Eyni zamanda, nəqliyyatın daha nizamlı və fasiləsiz hərəkətini təmin etməklə sürücülər üçün komfortu artırmağı hədəfləyir. Lakin bu yeniliyin nə dərəcədə zəruri olduğu, mövcud problemləri hansı səviyyədə həll edəcəyi və ümumi nəqliyyat sisteminə təsiri məsələsi müzakirə mövzusu olaraq qalır.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev "Crossmedia"yaa açıqlama verib:

"Bakının ən yüklənmiş magistrallarından biri olan Tbilisi prospektində “cib” tipli zolaqların salınması təsadüfi qərar deyil, bu addım birbaşa mövcud nəqliyyat sıxlığının və qeyri-sabit hərəkət axınının aradan qaldırılmasına hesablanıb. Bu prospektdə əsas problemlərdən biri ictimai nəqliyyat vasitələrinin, xüsusilə avtobusların dayanacaqlarda yolun birbaşa hərəkət hissəsində saxlamasıdır ki, bu da arxadan gələn avtomobillərin sürətini məcburi şəkildə azaltmasına, bəzən isə tam dayanmasına səbəb olur və nəticədə zəncirvari tıxaclar yaranır. “Cib” tipli zolaqlar məhz bu problemi hədəfləyir, belə ki, avtobuslar əsas hərəkət zolağından kənara çəkilərək, sərnişinləri minib-düşürür və bu zaman digər nəqliyyat vasitələrinin hərəkəti dayanmır. Axın daha stabil və fasiləsiz davam edir, bu isə xüsusilə pik saatlarda ciddi vaxt itkisinin qarşısını ala bilər. Bundan əlavə, belə zolaqlar sürücülər üçün də psixoloji rahatlıq yaradır, çünki onlar qəfil dayanma və ya gözlənilməz maneə ilə üzləşmirlər, nəticədə qəza riski də müəyyən qədər azalır".
Ekspert qeyd edib ki, bu yanaşma bir çox iri şəhərlərdə artıq özünü doğrultmuş praktikalardan biridir və göstərir ki, yol infrastrukturunda kiçik görünən dəyişikliklər belə ümumi nəqliyyat sisteminə böyük təsir göstərə bilər:
"Lakin burada vacib məqam odur ki, bu zolaqlar düzgün layihələndirilməli və nəzarət mexanizmləri ilə dəstəklənməlidir, çünki əgər sürücülər bu “cib”ləri qanunsuz parklanma üçün istifadə etməyə başlasalar, o zaman effekt əksinə çevrilə bilər və problem daha da dərinləşər. Ümumilikdə isə, belə zolaqların tətbiqi zəruri və məqsədəuyğun addım kimi qiymətləndirilə bilər, çünki onların əsas məqsədi hərəkəti sürətləndirmək, ictimai nəqliyyatın fəaliyyətini optimallaşdırmaq və şəhər daxilində nəqliyyat axınını daha nizamlı hala gətirməkdir".
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA
Şagirdlərin həyatı yalnız hansısa imtahan üzərində qurulur - TƏHSİL EKSPERTİ
Müsəlman ölkələri ABŞ və İsrailə qarşı niyə İrana kömək etmir? – Politoloq AÇIQLADI










