TƏBİB: Azərbaycana bir neçə ölkədən koronavirus vaksini gətiriləcək

“Türkiyə ilə yanaşı GAVİ (Global Alliance for Vaccines) təşkilatından da əhalinin 10 faizini peyvəndləyə biləcəyimiz vaksinləri gözləyirik. Bununla bağlı saziş də imzalanıb”.
Avtosfer.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, GAVİ təşkilatının Azərbaycana hansı peyvəndin verəcəyi ilə bağlı hələlik məlumat yoxdur: “Biz onlara sadəcə istəklərimizi bildirə bilirik ki, hansı növ vaksin istəyirik. Təbii ki, fərqli vaksin də ola bilər, yəni bir çox ölkənin peyvəndinin gətirilməsini gözləyirik. Sadəcə zaman və əlçatanlıq məsələsi var. Məsələn, GAVİ-dən aprel ayı üçün vaksin gözləyirik. Ona qədər də qış fəsli bitmiş olacaq. Zaman itkisi olduğuna görə də peyvəndlənməyə başlayan ölkələrin sırasında olmaq istəyirik. Bəlkə də gələn il üçün virusla əlaqəli bir neçə vaksin təqdim olunacaq”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












