TƏBİB-dən evdə müalicə olunan koronavirus xəstələrinə XƏBƏRDARLIQ

“Bu gün COVID-19 xəstələrinin böyük hissəsi evlərdə izolyasiya olunub, amma onlar buna nə dərəcədə əməl edirlər?! Düzdür, bu xəstələrin evdən çıxmaq qadağası var, amma onlar ev daxilində olsa belə, izolyasiya qaydalarına düzgün əməl edirlərmi? Bunların özü də sual altındadır”.
Bunu Trend-ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupun üzvü Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, dünyada yoluxma sayında baş verən artım fonunda ölkəmizdə də yoluxma sayında artım müşahidə olunmaqdadır.
“Təbii ki, bu, havaların soyuması, fəsillərin dəyişməsi ilə əlaqədardır. Amma artım tendensiyası belə davam edərsə, yoluxma sayı getdikcə çoxalacaq. Bu gün koronavirusa yoluxan 2000 xəstənin hər biri bir neçə nəfərlə kontaktda olur. Buna görə də yoluxma sayı artmaqda davam edir”.
TƏBİB rəsmisi qeyd edib ki, evdə müalicə olunan xəstələrin hər bir ailə üzvü növbəti günlər üçün potensial xəstə hesab olunur. Bu səbəbdən də evdə müalicə alan koronavirus xəsətəsi özünü digər ailə üzvlərindən maksimum təcrid etməli, izolyasiya qaydalarına riayət etməlidir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












