TƏBİB-dən reanimasiya şöbəsində olan COVID-19 xəstələrinin sayı ilə bağlı AÇIQLAMA

“Məndə olan son məlumata görə, bu gün COVID-19 virusuna yoluxan 209 xəstə reanimasiya şöbəsində müalicə alır. Bu, çox ciddi rəqəmdir və nəzərə almaq lazımdır ki, rəqəmlər hər gün dayanmadan dəyişir. Onlardan 18-i isə süni tənəffüs aparatına qoşulub”.
Bu barədə AzTV-nin “Hədəf” proqramında qonaq olan TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva məlumat verib.
Y.Qarayeva bildirib ki, biz hər birimiz bunun məsuliyyətini hiss etməliyik:
“Dövlət xəstəxanalar tikdi, süni tənəffüs aparatı gətirdi, zəruri digər resursların təminatı üçün müvafiq addımlar atdı. Lakin həkim resursunun təminatı çox çətindir. Bir həkimin oxuyub gəlib reanimotoloq, pulmonoloq olması illər alır. Bu səbəbdən hər kəs diqqətli olmalıdır”.
“Bizim stasionar çarpayı baxımından heç bir problemimiz yoxdur. Bütün həkimlər onlara nəzarət edə bilirlər, lakin süni tənəffüs cihazına qoşulan xəstəyə həkim reanimatoloq baxmalıdır. Mən xüsusən gənclərimizə müraciət edirəm.
Onlar elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər. Lakin hər kəsin evində yaşlılar, xroniki xəstəliyi olanlar var. Ona görə də gənclər bu məsələyə diqqətli yanaşmalıdırlar. Kim ki ordumuza, qələbəmizə dəstək olmaq istəyir, COVID-19-la mübarizəyə qoşulsun. Çünki biz öz resurslarımızı bölmək məcburiyyətində qalırıq”, - o vurğulayıb.
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır
Sumqayıtda şəhidin adına olan küçədə torpağın üstündən asfalt çəkilib - VİDEO
Paytaxtın bu küçələrində sıxlıq var - FOTO
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır










