TƏBİB koronavirus xəstələrindən pul istəyənlərlə bağlı vətəndaşlara müraciət etdi

“Bir sıra hallarda öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə çalışan bəzi şəxslər canını və sağlamlığını təhlükəyə atan həkimlərimizin əziyyətlərinə kölgə salmaqdan çəkinmirlər”.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı xəbərdarlıqda deyilir.
Qeyd edilir ki, hazırda pandemiya ilə mübarizə üçün ayrılmış xüsusi rejimli 46 xəstəxanada vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə minlərlə tibb işçisi öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirməkdədir:
“Bütün xəstəxanalarımızda müayinə və müalicə prosesi qəbul edilmiş klinik protokollara uyğun olaraq tamamilə dövlət hesabına həyata keçirilir. Tam əminliklə bildiririk ki, hazırda xüsusi rejimli xəstəxanalarımızın hamısı hər növ dərman və tibb vasitələri ilə, o cümlədən, favipravir, remdesevir kimi antivirus preparatları ilə tam təchiz edilmişdir. COVID-19 xəstəliyinin aşkar edilməsi üçün 40-a yaxın Molekulyar Mikrobioloji laboratoriyada gün ərzində ÜST-ün müəyyən etdiyi kriteriyalara uyğun olaraq 20 000-dək PZR testi tam ödənişsiz, dövlət hesabına aparılır. Bununla yanaşı, tibb müəssisələrimizin bir hissəsi də 44 günlük Vətən Müharibəsində yaralanmış qazilərimizə tibbi xidmət göstərməyə davam edir”.
TƏBİB koronavirusa yoluxmuş şəxslərin müalicəsi zamanı onlardan əlavə ödənişlər tələb edən şəxs və ya şəxslərin olması ilə bağlı sosial şəbəkələrdə yaranmış müzakirələrə aydınlıq gətirmək məqsədilə bu prosesdə iştirak edən insanların qanunla cəzalandırılmasında yaxından iştirak etməyi vətəndaşlardan xahiş edib:
“Əmin ola bilərsiniz ki, müraciət edən hər bir şəxsin konfidensiallığı qorunacaq, əsaslı faktlar toplanaraq araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim ediləcək.
Qeyd edilən hallara məruz qaldığınız və ya rastlaşdığınız zaman aşağıda göstərilən əlaqə vasitələri ilə bizə məlumat verməyinizi xahiş edirik.
Email: [email protected]
Tel : +99451513-1542”
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












