TƏBİB koronavirusa qarşı vaksinasiya ilə bağlı MƏLUMAT YAYDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Yeni klinika tibb müəssisəsinin nəzdində olan təlim mərkəzində "COVID-19 vaksinasiya prosesinin təşkili və əlavə təsirlərinin idarə edilməsi" adlı təlimlərə start verib.
Avtosfer.az xəbər verir ki, təlimlər zamanı vaksinin daşınması, saxlanması və istifadəsi qaydaları, vaksinlərin inyeksiyası zamanı ola biləcək əlavə təsirlərin növləri, allergik reaksiyalar baş verdikdə tibbi yardımın təşkili kimi mühim təlimatlar ÜST və UNİCEF-in təlimatları əsasında məruzə, prezentasiya və maket üzərində praktik məşğələlər şəklində vaksinasiya prosesinin yerlərdə həyata keçirilməsi üçün seçilmiş səyyar briqadaların üzvlərinə çatdırılıb.
Eyni zamanda təlimlər zamanı ilk dəfə olaraq həkim, tibb bacısı və sürücüdən ibarət tibbi briqadanın komanda şəklində işləmə bacarıqları, koordinasiya olunmuş tərzdə sinxron tibbi yardım, müxtəlif situasion hallar zamanı rasional yanaşma taktikaları iştirakçılara təqdim edilib. TƏBİB-in Elmi-tədqiqat və təhsil departamentinin yüksək ixtisaslı əməkdaşları tərəfindən həyata keçiriləcək təlimlərdə hər həftə 40 nəfərlik həkim briqadasının iştirak etməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, iştirakçıların prezentasiya əsasında keçirilən təlimlərlərdən ibarət video-təqdimatlar hazırlanaraq TƏBİB-in tabeliyində olan bütün müəssisələrə göndəriləcək.
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi











