“Təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır” - Əli Nağıyev

“Humanitar böhranlar zamanı səmərəli nəticənin əldə edilməsi kompleks yanaşma və dövlət qurumları, o cümlədən təhlükəsizlik orqanları və xarici tərəfdaşlar arasında effektiv qarşılıqlı fəaliyyətin qurulması sayəsində mümkün olur”.
Avtosfer.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusunda III Bakı Təhlükəsizlik Forumnda çıxışı zamanı DTX-nin rəisi general-polkovnik Əli Nağıyev deyib.
Xidmət rəisi bildirib ki, bu kontekstdə təbii fəlakətlərin, texnogen qəzaların və silahlı toqquşmaların əlamətləri, habelə kritik infrastrukturlara kiber və fiziki müdaxilənin edilməsi barədə niyyət və ya cəhdlərin erkən mərhələdə müəyyənləşdirilməsi olduqca vacibdir:
“Göründüyü kimi, humanitar böhranların qarşısının alınmasında təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır. Kəşfiyyat və əks-kəşfiyyat məlumatlarının əldə edilməsi və mübadiləsi, erkən xəbərdarlıq, strateji planlaşdırma, təşkilati-hüquqi mexanizmlərin inkişafi və humanitar strukturlarla koordinasiyalı fəaliyyət sahələrini də əhatə edir. Təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin düzgün təşkili yalnız fövqəladə halların nəticələrini azaltmaqla məhdudlaşmır, eləcə də humanitar tədbirlərin həyata keçirilməsinə dəstək verməklə həm vətəndaşların rifahının yaxşılaşdırılması, həm də dövlətin təhlükəsizlik və legitimlik maraqlarının təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır”.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












