“Təlimçi qadınlar daha çox qəza törədir” fikri doğrudur?

Sürücülük təlimləri zamanı da avtonəqliyyat hadisələri baş verir. Son zamanlar təlim keçən şəxslərin və bu xidmətdən istifadə edənlərin sayının çoxalması bu hadisələrin daha çox olmasına səbəb olur. Bir qisim şəxslər qəza törədənlərin əsasən qadın təlimçilər olduğunu deyirlər. Bu fikirlər nə qədər doğrudur?
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Adil Nəbiyevin sözlərinə görə, təlim zamanı baş verən qəzaların bir nömrəli səbəbkarı təlimçidir:
“Təlimçi normal avtomobil istifadə edə bilmirsə, onun təlim keçməsi düzgün deyil. Çünki özü sükan arxasında olanda qəzalardan yayına bilir, amma təlimçi qisimində əyləşəndə, qəzaların qarşısını almaq çətin olur. Buna görə də, təlimçi seçən zaman peşəkar təlimçilər seçmək lazımdır”.
Ekspert təlim keçən xanımların qəzaları və qayda pozuntularından da danışdı:
“Sürücülük kurslarında avtomobil idarə etməyi öyrənmək istəyənlərin böyük qismi xanımlardır. Bəzi hallarda həmin xanımların ailələri xanım təlimçi ilə öyrənməyə icazə verirlər. Bu da xanım təlimçilərə tələb yarada bilir. Bu tələbi görən, amma qayda-qanunları bilməyən, sürücülük vəsiqəsi belə olmayan qadınları təlim keçməyə həvəsləndirir. Qayda-qanunları bilən, bu işi bacaran şəxs olsa, qadın-kişi olmasının fərqi yoxdur. İşi bilən xanım olsa, niyə qəza törədir ki?
Burada ucuz qiymət məsələsi də var. İşə təzə başlayan zaman qiyməti ucuz təyin edirlər. İnsanlar da ucuz olduğuna görə həmin xidmətdən istifadə edirlər.
Nəticədə belə hallar ilə rastlaşırıq. Amma təlimçinin öyrətdiyi şəxslərə baxan zaman qadınlar daha az qəza hadisəsi törədir. Çünki onlar verilən təlimatdan kənara çıxmırlar. Kişilərdə isə bəzən bu təlimatlara əməl etməmək halları ola bilir”.
A.Nəbiyev bildirdi ki, bu qəzaların sayının azalması üçün müəyyən yoxlanışlar keçilməlidir:
“Hər adam təlimçi ola bilməz. Müəyyən yoxlamalar keçirildikdən, rəsmi sertifikatlar verildikdən sonra təlim fəaliyyəti ilə məşğul olmalıdırlar. Avtomobil idarəsində incə təhlükəsizlik detalları var. Bunların hamısını dərindən bilmək lazımdır”.
(valyuta.az)
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO










