Təltif olunan rabitə və informasiya texnologiyaları işçilərinə mükafatlar təqdim edilib - FOTO

6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunan sahə işçilərinə mükafatların təqdimolunma mərasimi keçirilib.
Avtosfer.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, Sərəncama əsasən, rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə 11 nəfər “Tərəqqi” medalına layiq görülüb.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tədbirdə çıxış edərək Prezident İlham Əliyevə sahə işçilərinə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib. Nazir ölkədə həyata keçirilən rəqəmsal transformasiya prosesi barədə məlumat verib və qazanılan uğurlarda hər bir əməkdaşın payının olduğunu vurğulayıb. Daha sonra nazir Rəşad Nəbiyev təltif olunan əməkdaşlara “Tərəqqi” medallarını təqdim edib.
Tədbirdə, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Rabitə ustası” adına layiq görülən sahə işçilərinə də döş nişanları və vəsiqələr təqdim olunub.





Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA











