Təmas xəttində top mərmiləri, raketlər, patronlar və mərmi qalıqları tapılıb - FOTO

2020-ci il 08 Oktyabr tarixində Agentliyə Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 60 müraciət daxil olub.
ANAMA-dan verilən məlumata görə, daxil olmuş 60 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Əfətli, Sarıcalı kəndləri, Ergi, Quzanlı, 4 yol qəsəbələri, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli, Minəxorlu, Muğanlı, Arazbar kəndləri, Bərdə rayonunun Əmirli və Meşəçilik kəndləri, Beyləqan rayonunun Şəfəq kəndi və A.Hacıyev küçəsi, Füzuli rayonunun Arayatlı, Kərimbəyli, Əhmədalılar kəndləri, Zobcuq qəsəbəsi və Horadiz şəhəri, Goranboy rayonunun Qaraçinar, Rəhimli, Şahməmmədli kəndləri, Qızılhacılı qəsəbəsi və E.Süleymanov küçəsi, Tərtər rayonunun Həsənli, Ələsgərli və Dəmirçilər kəndlərinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 51 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 152 mm-lik top mərmisi (OF-540), 1 ədəd 122 mm-lik top mərmisi (D-4), 2 ədəd 300 mm-lik raket (9M528), 33 ədəd patron (30 ədəd 5.45 mm-lik və 3 ədəd 7.62 mm-lik) və 9 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Həmçinin Agentliyin partlayış qrupu tərəfindən 29 ədəd bombacıq partlayış yolu ilə zərərsizləşdirilib.






























“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO












