Təmirə görə bağlanan mərkəzi yollardan biri açıldı

Bakıda təmir işləri ilə əlaqədar bağlanan mərkəzi yollardan biri açılıb. Avtosfer.az-ın Trend-ə istinadən xəbərinə görə, bunu Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, paytaxtın Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) Səməd Vurğun küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində artıq xətlənmə işləri başa çatıb və yolun həmin hissəsi ötən gecədən etibarən avtomobillərin hərəkəti üçün istifadəyə verilib. Eyni zamanda, iyunun 17-si saat 23.00-dan etibarən Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsinə qədər olan hissəsində təmir işlərinə başlanılıb. Bu səbəbdən yolun həmin hissəsi 7-10 günlük bağlanıb: "Bu gün kommunikasiya xətləri üçün qazılmış xəndəklər lazımi materiallarla doldurularaq kipləşdirilib. Bundan əlavə beton bardürlər mərmər bardürlərlə əvəzlənib. Sabahdan etibarən kipləşdirilmiş xəndəklərə 20 sm qalınlığında asfalt-beton örtüyü vurulacaq. Ümumiyyətlə, yoldakı köhnə örtük isə qaşınaraq yenisi ilə əvəzlənəcək. Yoldakı kommunikasiya quyularının dəmir-beton plitələri də yenilənəcək. İşlərin 7-10 gün ərzində yekunlaşması gözlənilir".
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












