Təmiri 5 ildir bitməyən yolun görüntüləri GÜNDƏM OLDU - VİDEO

Paytaxtdan bölgələrə sürücülərin rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun görüntüləri müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, sürsücülərdən birinin yaydığı videoda Bakı ilə Qərb bölgəsini birləşdirən əsas avtomobil yolunda tikinti və təmir işlərinin hələ də davam etdiyi aydın görünür.
Görüntülərdə yolun Ağsu rayonu ərazisindən keçən hissəsində tikiləcək körpünün dayaqlarının artıq hazır olduğu, növbəti mərhələyə başlandığı məlim olur. Hələ tikintisinə 2020-ci ildə başlanılan yolun bir hissəsində təmir işləri yekunlaşıb. Lakin Ağsu rayonu ərazisindən keçən hissədə gecikmələr müşahidə olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tikinti işləri başlayarkən verdiyi açıqlamada qeyd olunub ki, Ümumi uzunluğu 85.6 kilometr olan bu yol yenidənqurma nəticəsində 9 kilometr qısalaraq 76.6 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı avtomobil yolu genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Yeni layihə üzərində 8 körpü vardır. Bunlardan 5 mövcud körpü 4 zolağa uyğun genişləndiriləcək, 3 ədəd körpü trassanın dəyişdirilmiş yeni ox üzərində yenidən 4 zolağa uyğun layihələndirilib tikiləcək.
İşlərin əvvəlcə 2025, daha sonra isə 2026-cı ilə qədər yekunlaşacağı açıqlansa da, görünür hələ bu il də 77 kilometrlik yol hələ növbəti il də sürücülər üçün yenə 1 zolaqdan ibarət olacaq.
Səfər
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












