Təmirinə 9 min manat xərcləndiyi deyilən "Volqa" ilə bağlı RƏSMİ CAVAB: "Rəhbərlik dəyişib"

"QAZ-3110 - "Volqa" markalı avtomobilin təmiri və satış qiyməti ilə bağlı 2022-ci ilin dekabrında tender prosesi "Dövlət satınalmarı haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun şəkildə həyata keçirilib. Tenderdə iştirak edən tərəflərdən ən uyğun təklif seçilib, lakin rəhbərlikdə baş verən dəyişikliklər səbəbindən qalib şirkətlə müqavilə imzalanmayıb və tender icra olunmayıb".
Bu barədə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilən məlumatda deyilib.
Bildirilib ki, nəqliyyat vasitəsinin istismar müddəti bitdiyi üçün onun özgəninkiləşdirilməsi prosesi isə əmlak qanunvericiliyinə uyğun şəkildə, dövlət portalı üzərindən şəffaf şəkildə həyata keçirilib:
"Avtomobilin satış qiyməti müstəqil ekspert qiymətləndirməsi əsasında müəyyən olunub və mövcud bazar şərtlərini əks etdirib".
"Prosesin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmamasına dair iddialar varsa, pozuntularla bağlı araşdırmaların aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilə bilər", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, mətbuatda gedən xəbərə görə, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 2022-ci ilin dekabrında QAZ-3110 - "Volqa" markalı avtomobilin təmiri üçün tender elan etdiyi və tenderin nəticələrinə əsasən, növbəti ildə "Volqa" avtomobilinin əsaslı təmiri üçün 9 min manat xərcləndiyi iddia edilib.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti











