Temperatur düşəcək, leysan yağacaq - XƏBƏRDARLIQ

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 25-i Azərbaycanın qərb rayonlarından başlayaraq 27-si gündüzədək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.
Milli Hidrometrologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi Aran, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağı enəcək.
Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan 26-sı səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












