“Temu” işlədənlərin nəzərinə! - Bank məlumatlarınız oğurlana bilər

87 milyon “Temu” müştərisinin şəxsi məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyi iddia olunur. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “TechRadar” portalı məlumat yayıb. Hakerlər sübut kimi istifadəçi adları, şəxsiyyət vəsiqələri, IP ünvanları, adlar, doğum tarixləri, cins, çatdırılma ünvanları, telefon nömrələri, parollar və s. daxil olmaqla məlumat nümunələrini açıqlayıblar.
Çinin onlayn ticarət platforması olan “Temu” isə yayılan məlumatları təkzib edir:
“Təhlükəsizlik qrupumuz iddia edilən məlumat sızması ilə bağlı hərtərəfli araşdırma aparıb və iddiaların tamamilə yalan olduğunu təsdiqləyib. Dövriyyədə olan məlumatlar bizim sistemlərdən qaynaqlanmayıb və heç bir məlumat cərgəsi əməliyyat qeydlərimizə uyğun gəlmir. Biz reputasiyamızı ləkələmək və ya istifadəçilərimizə zərər vermək cəhdini qanuni tədbirlərlə cavablayacağıq”.
Qeyd edək ki, kibertəhlükəsizlik ekspertləri yayılan xəbərlərlə bağlı istifadəçilərə şəxsi bank kartları məlumatlarını tətbiqdə açıq qoymamağı məsləhət görür.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












