Tərtərdə əmisini öldürən gəncin işi məhkəməyə göndərildi

Tərtər rayonunda əmisini qətlə yetirən şəxsin barəsində olan cinayət işinin istintaqı başa çatıb.
Trend-in məlumatına görə, hadisə rayonun Sarov kəndində baş verib. Kənd sakini Z.Kərimovun qətlə yetirilməsi barədə “102-Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə Sarov kənd sakini C.Kərimovun və Kəngərli kənd sakini Z.Abbaszadənin qisas və tamah məqsədi ilə Z.Kərimovu bıçaqla qətlə yetirmələri müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər - Z.Abbaszadə və C.Kərimov saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, hadisəni törədən C.Kərimov Z.Kərimovun qardaşı oğludur.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq yekunlaşıb və iş baxılması üçün Gəncə ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə işi hakim Faiq Mahmudovun icratına verilib.Məhkəmə prosesinin vaxtı yaxın günlərdə təyin ediləcək.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











