Təyyarədə qadın sərnişinlərin yanında kişilər əyləşə bilməyəcək

Hindistanın aşağıbüdcəli aviaşirkəti “IndiGo” qadın sərnişinlərlə bağlı dünyada bir ilkə imza atıb.
“Qafqazinfo”nun məlumatına görə, ilk dəfə olaraq qadınlara uçuş zamanı qeydiyyatdan keçərkən təyyarədə kişi sərnişlərin yanında oturmamaq üçün seçim təklif ediləcək.
Belə ki, yenilik vasitəsilə qadın sərnişinlər təyyarədə hansı oturacaqların başqa qadınlar tərəfindən sifariş edildiyini görə biləcək. Qadınların rezerv etdiyi oturacaqlar çəhrayı rəngdə olacaq və kişilərə bu məlumat göstərilməyəcək. Yalnız mövcud oturacaqları görə biləcəklər.
Yeni dəyişiklik qadınların, xüsusən də dostları və ya ailələri olmadan səyahət edərkən özlərini daha rahat hiss etmələri üçün nəzərdə tutulub. Qeyd olunub ki, bu alternativ müştəri sorğusu nəticəsində həyata keçirilib.
Bildirilib ki, yenilik 2024-cü ilin avqust ayından təqdim olunacaq.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












