Təyyarənin tualetində bomba həyəcanı

Mauritius adaları-Paris reysi üzrə hərəkət edən təyyarədə bomba həyəcanı yaşanıb. Lent.az-ın İngiltərənin “İndependent” qəzetinə istinadən məlumatına görə, bu gün Afrikanın cənubunda Madaqaskara yaxın yerləşən Maurutius adalarından Fransaya uçan və göyərtəsində 459 sərnişin, 14 ekipaj üzvü olan təyyarə təcili olaraq Keniyanın ikinci ən böyük şəhəri olan Mombasaya enməli olub. Belə ki, təyyarə uçuşa başladıqdan sonar sərnişinlərdən biri təyyarənin ayaqyolunda şübhəli bağlama görüb və bu barədə təcili olaraq pilotlara məlumat verilib. Pilotlar şübhəli əşyanın partlayıcı ola biləcəyi ehtimalının böyüklüyünü nəzərə alaraq hava gəmisini Mombasanın beynəlxalq Moyi hava limanına endiriblər. Bütün sərnişinlər təcili olaraq təyyarədən təxliyə edilib.
Təyyarədə axtarışlara başlanılıb.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












