Tezliklə Ermənistan Qarabağın deyil, müstəqilliyinin hayında olacaq

Real görünən bir mənzərə var ki, müharibənin sonunda Ermənistan dövləti mövcud olduğu illərin ən pisini yaşayacaq.
Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, hazırda nə Ermənistan ordusunun hərbi itkilərini, nə də ölkə olaraq onlara dəymiş iqtisadi zərərin həcmini hesablamaq mümkün deyil. Çünki itkilərin və zərərin yaşandığı sahələr çoxsaylı istiqamətlərə şaxələnib:
"Hər bir sahə üzrə itkilərin miqyasını hesablamaq hazırkı vəziyyətdə heç Ermənistan dövlətinin özü üçün mümkün deyil. Yetərincə qaranlıq məqamlar, gizli itkilərin enən xətt üzrə kəskin dinamikası bu hesablamanın aparılmasını mümkünsüz edir. Düzdür, indi istər yerli, istərsə də xarici ekspertlər müxtəlif üsullarla gündəlik ziyanın həcmini hesablamağa çalışırlar. Lakin hərbi itkilər üzrə əksər mənbələrdə qeyd edilən statistika üst-üstə düşsə də, iqtisadi itkilərin statistikası bir-birindən kəskin fərqlənir. Bunun da yeganə səbəbi yuxarıda qeyd etdiyim kimi itkilərin və zərərin yaşandığı sahələrin çoxsaylı istiqamətlərə şaxələnməsidir. Buna görə də fərqli mənbələrdə fərqli iqtisadi zərər ifadə edilir. Amma real görünən bir mənzərə var ki, müharibənin sonunda Ermənistan dövləti mövcud olduğu illərin ən pisini yaşayacaq".
E.Əmirov qeyd edib ki, hazırda Ermənistanın dövlət borcu büdcəsindən 4 dəfəyə qədər çoxdursa, büdcə kəsiri ümumi daxili məhsulun 5%-ni üstələyibsə, ölkənin müharibədən sonrakı aqibətinin necə olacağını proqnoz etmək çətin deyil. Getdikcə artan büdcə kəsirinin kompensasiyası xarici borcların sayəsində mümkün olacaq. Ancaq bu, onsuz da borc içində batan bir dövləti daha da bataqlığın dibinə çəkəcək:
"Nəzərə alsaq ki, Azərbaycanın vurub məhv elədiyi milyardlarla dollar qiyməti olan hərbi ehtiyatların kompensasiyası onun xarici asılılığını daha da artıracaq. Hələ bunların üzərinə “COVİD-19” pandemiyasının vurduğu və vuracağı zərbəni də əlavə etsək, onda çox güman ki, bu iqtisadi asılılıq onsuz da de-fakto müstəqil olmayan Ermənistanın siyasi müstəqilliyin tam itirilməsi məsələsini aktuallaşdıracaq. Bu halda isə Ermənistan artıq Qarabağın deyil, müstəqilliyinin hayında olacaq".
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib










