“TikTok”un Azərbaycanda istifadəsinə qadağa... – SOSİOLOQDAN TƏKLİF

Artıq uzun müddətdir ki, sosial şəbəkələrdə qanunazidd, əxlaq normalarının kobud şəkildə pozulması halları ilə mübarizə tədbirləri davam etdirilir. Polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində “TikTok” sosial platformasında narkotik maddənin təbliğatı ilə məşğul olan, canlı yayımlar zamanı etikadan kənar cümlələr işlədən, hərəkətlər edən şəxslər həbs olunub. Onların arasında övladına, ayxud valideyninə qarşı qeyri-etik davranış sərgiləyənlər də var.
Avtosfer.az xəbər verir ki, ötən gün “TikTok”da blogerlərin təşkil etdiyi, qalibə avtomobil vədi verilən yarışda iştirak edən, eyni zamanda danışıq zamanı etik çərçivələrdən kənara çıxan, bəziləri əvvəllər də həbs olunan blogerlər saxlanılıb.
Belə ki, aralarında əvvəllər televiziyada aparıcı da işləmiş Azər Zahidin, şairə İlhamə Elşadqızının olduğu blogerlərdən ibarət dəstə təşkil etdikləri veriliş zamanı sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar etmələri səbəbilə həbs ediliblər.

Hər birimizə məlumdur ki, bir müddət əvvəl Türkiyədə eyni davranışları sərgiləyən, əhalidə müəyyən qrupa nifrət formalaşdırmağa çalışan və qənaət etməmə səbəbilə blogerlərin həbsinə başlanılmışdı və bundan sonra Türkiyədə dövlət rəhbərliyi “TikTok” sosial platformasına məhdudiyyətlərin tətbiq edilməsi abrədə qərar qəbul etdi. ABŞ “TikTok” şirkətini cəmiyyətə zərər vurma səbəbilə məhkəməyə verib və şəbəkənin ABŞ ərazisində ümumiyyətlə istifadəsinin qadağası ilə bağlı qərar verməyə hazırlıq gedir. Avropanın bir sıra ölkələrində də “TikTok”la bağlı sərt nəzarət qaydaları tətbiq edilib. Yaranan vəziyyətlə bağlı vətəndaşlarda da kifayət qədər narahatdoğurucu məsələlər var. Belə ki, həbs edilən blogerlərin bir qisminin paylaşımının rəy bölməsinə Daxili işlər Nazirliyinin “polisazerbaycan” səhifəsini etiketləməklə də vətəndaşlar şikayətlərini dilə gətirirlər. Əhalinin bu kəsimini narahat edən əsas sual isə ondan ibarətdir ki, Türkiyə və digər ölkələrdəki kimi, Azərbaycanda da “TikTok”la bağlı sərt nəzarət üsulları tətbiq edilə bilərmi?
Mövzu ilə əlaqədar sosioloq Lalə Mehralı deyib ki, belə “anormal hərəkətlər” “TikTok” ölkəmizə gətiriləndə ortaya çıxdı:

“Biz deyə bilmərik ki, “TikTok”dan əvvəl belə biabırçılıqlar yox idi. Var idi, sadəcə gün işığına çıxmırdı o hərəkətlər. Daha doğrusu, bu cür hərəkətlərilə məşhurlaşmağq üçün daha uyğun platforma yox idi. Daha əvvəlki sosial şəbəkələrin qaydaları belə hərəkətlərin yayımlanmasının qarşısını alırdı. Ya da ki, o köhnə sosial şəbəkələrin o funksiyaları, o imkanları yox idi deyə, bu cür rüsvayçılıqlar qaranlıqda qalmışdı, üstünü toz basmışdı. “TikTok”un ölkəmizdə məşhurlaşmasından sonra o toz örtüyü götürüldü, bütün biabırçılıqlar üzə çıxdı. Vətəndaşlar cəmiyyətdə nə qədər deqradasiyanın baş verdiyinin şahidi oldu. Bəlkə də indi bu həbslərlə bağlı vəziyyət yaranmasaydı, cəmiyyətimiz bu blogerlərin yaratdığı böhranın içində daha da dərinə gedəcəkdilər. Yəni, o tiktokerlər niyə bu gün məşhurdur? Niyə onlara bu qədər çox hədiyyə göndərən var? Çünki onların düşüncəsində olan insanların sayı daha çoxdur cəmiyyətimizdə. O həbs edilən adamlara o şəraiti bu cəmiyyət özü yaradır. İzləməsələr, qoyulan videolara baxmasalar, hədiyyə atmasalar, reklam verən olmasa, niyə platformanın qazandırdıqları ilə özlərinə bu qədər şərait yaratsınlar ki? Son həbs hadisəsi zamanı diqqət çəkən bir məqam da var idi ki, həmin o şouya kifayət qədər ciddi müəssisələr reklam vermişdi. Belə biabırçı şouya, yarışa pul yatırımı etməkdən qətiyyən çəkinmir bu müəssisələr. Ya bu platformaya ölkəmizdən giriş tamamilə bağlanmalıdır, ya da istifadəsində məhdudiyyətlər tətbiq edilməlidir. Ölkənin milli mənəviyyatını, ənənələrini qorumaq üçün belə tədbirlər görülməsi mütləqdir. Yoxsa bizi qarşıda daha betər günlər gözləyir”.
Səfər
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










