"Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır" - Məcnun Məmmədov

Azərbaycanda qida istehsalı və ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas yük özəl sektorun üzərinə düşür.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı keçirilən müşavirədə bildirib.
Nazirin sözlərinə görə, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qida sənayesi və aqrar dəyər zəncirinin fəaliyyəti əsasən özəl sektor tərəfindən həyata keçirilir.
"Azərbaycanın kənd təsərrüfatı istehsalı, qida istehsalı, ərzaq təhlükəsizliyi və aqrar dəyər zəncirinin fəaliyyəti faktiki olaraq 100 % özəl sektorun hesabına təmin olunur. Prezident İlham Əliyevin son müşavirədə investorlara və sahibkarlara ünvanladığı çağırış da məhz özəl sektorun aqrar sahənin inkişafındakı mühüm rolundan irəli gəlir", - deyə nazir vurğulayıb.
M. Məmmədov qeyd edib ki, qarşıdakı dövrdə aqrar sahənin inkişafı üçün dövlət və özəl sektor arasında əməkdaşlığın daha da gücləndirilməsi, investisiyaların artırılması və müasir istehsal yanaşmalarının geniş tətbiqi xüsusi əhəmiyyət daşıyacaq.
Nazir həmçinin vurğulayıb ki, Azərbaycanda aqrar sektorun inkişafında yeni yanaşmalara ehtiyac yaranıb: "Ötən il kənd təsərrüfatının ölkənin ümumi daxili məhsulunda payı 5,9 %, qeyri-neft ÜDM-ində isə 8–10 % təşkil edib.
Kənd yerlərində yaşayan əhalinin təxminən yarısı bu sahədə çalışsa da, son illərdə sektorda orta illik artım cəmi 1 %-ə yaxın olub. Uzun illər kənd təsərrüfatında artım əsasən əkin sahələrinin genişləndirilməsi hesabına təmin edilib. Əlavə torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması istehsalın artmasına imkan yaradırdı. Lakin bu yanaşma artıq öz potensialını demək olar ki, tükədib.
Bundan sonra inkişafın əsas hərəkətverici qüvvəsi məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi və daha səmərəli istehsal modelinə keçid olmalıdır. Hazırda aqrar sektorun qarşısında torpaq sahələrinin kiçik və pərakəndə olması, su təminatındakı çətinliklər, iqlim dəyişikliklərinin təsirləri, kadr çatışmazlığı, eləcə də məhsuldarlığın mövcud potensialdan aşağı səviyyədə qalması kimi ciddi çağırışlar dayanır", - deyə nazir vurğulayıb.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












