Tovuzda döyüş başladı; iki yaralı var

Ermənistanla cəbhə xəttinin Tovuz rayonu istiqamətində ağır döyüşlər gedir. Musavat.com rayonun Əlibəyli kəndini fasiləsiz olaraq ermənilərin iri çaplı silahlardan atəşə tutması barədə xəbər yayıb. Xəbərdə qeyd olunub ki, iki kənd sakini yaralanıb, onlardan birinin- Anya Ələsgərovanın vəziyyəti ağırdır. Düşmənin fasiləsiz atəşi nəticəsində 10-a yaxın ev yararsız hala düşüb. Kənd sakini deyib ki, düşmənin mövqeyi Əlibəylini atəş altında saxlamaq üçün əlverişlidir: “Bizim mövqelərimizdən onların kəndlərini adekvat şəkildə atəş altında saxlamaq olmur. Bundan istifadə edirlər”. Kənd sakini deyib ki, ordumuz düşmənə cavab verir.Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradovun anspress-ə verdiyi məlumata görə, Əlibəylidə yaralananlardan birinin vəziyyəti ağırdır: "Güllə onun boyun nahiyyəsindən girərək sifətində dayanıb. Hazırda onun əməliyyat edilməsi üçün hazırlıqlar gedir".
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












