Toya hazırlaşan gənc qız qəzada öldü - FOTO

ABŞ-ın Missouri əyalətində 26 yaşlı Collette Moreno, rəfiqələrinin onun üçün toy qabağı təşkil etdiyi "subaylığa vida" yığıncağına gedərkən yolda qəza törədərək həyatına vida edib. Avtosfer.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Morenonun ən yaxın rəfiqəsi Aşley Seobaldın idarə etdiyi maşın «Kamaz»ı ötüb keçməyə çalışarkən qarşıdan gələn avtomobillə toqquşub. Hadisə dünən günorta saatlarında baş verib. Moreno xəstəxanada apardığı 3 saatlıq həyat mübarizəsindən sonra ölüb. Rəfiqəsi Seobald yaralı halda xəstəxanaya yerləşdirilib. Morenonun nişanlısı Jesse Arkobasso toylarına 4 həftə qalmış nişanlısının ölümünə görə hələ də şokda olduğunu deyib. Toyun 26 iyul tarixində Yamaykada baş tutması planlaşdırılırdı.
Onu da qeyd edək ki, nişanlı cütlüyün 5 yaşlı oğlu da var. Moreno qəzadan əvvəl rəfiqəsi ilə selfie çəkdirib. Bu onun son rəsmi oldu.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












