Tramp ABŞ-ın iki dəfə impiçment elan edilən ilk prezidenti oldu

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların iki dəfə impiçment elan edilən ilk dövlət başçısıdır.
Bu barədə “NBC News” məlumat yayıb.
Trampa qarşı birinci impiçment 2019-cu ilin dekabrında Konqresə hakimiyyət tərəfindən sui-istifadə və mane olma ittihamları ilə irəli sürülüb. Lakin Senat ona bəraət qazandırıb.
Lakin Nümayəndələr Palatası növbəti dəfə Trampın impiçmenti üzrə qətnamənin qəbuluna səs verib. Müzakirələr zamanı 232 Konqres üzvü sənədi dəstəkləyib, qanunverici orqanın 197 üzvü ona qarşı çıxıb, 5 nəfər səsvermədə iştirak etməyib. İndi qətnaməyə Senat baxmalıdır.
Xatırladaq ki. Konqresin Nümayəndələr Palatası həmçinin 1968-ci ildə sabiq prezident Lindon Consona və 1998-ci ildə BilL Klintona da impiçment elan edib. Senat onlara da bəraət qazandırıb. (Report)
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











