Tramp müharibənin bitdiyini elan etdi

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında uzun müddətdir davam edən gərginliyin sona çatmasına doğru mühüm irəliləyiş əldə olunduğunu bildirib. Onun sözlərinə görə, tərəflər arasında böyük kompromis əldə edilib və yekun saziş yaxın günlərdə Avropada imzalana bilər.
Avtosfer.az Sfera.az-a istinadən xəbər verir ki, ilkin razılaşma layihəsində atəşkəsin 60 gün uzadılması, Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün açılması, İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı danışıqların davam etdirilməsi, bəzi ABŞ sanksiyalarının yumşaldılması və beynəlxalq monitorinq mexanizminin yaradılması nəzərdə tutulur. Tramp sazişin əsas şərtinin İranın nüvə silahı əldə etməməsi olduğunu vurğulayıb.
İran Xarici İşlər Nazirliyi sazişin imzalanacağı tarixlə bağlı məlumatları təsdiqləməyərək yekun qərarın hələ verilmədiyini açıqlayıb. Bununla belə Tehran danışıqlar mətninin böyük hissəsinin razılaşdırıldığını bildirib.
Məlumata görə, Qətərin vasitəçiliyi ilə aparılan danışıqlarda dondurulmuş İran aktivlərinin azad edilməsi, Hörmüz boğazının açıq saxlanılması və nüvə proqramı üzrə danışıqların çərçivəsi kimi məsələlərdə irəliləyiş əldə olunub. Yekun qərarın İranın ali rəhbərliyi tərəfindən veriləcəyi gözlənilir.
İsrail isə razılaşmaya ehtiyatla yanaşaraq İranın nüvə və raket proqramlarının daha ciddi məhdudlaşdırılmasını tələb edir.
Mümkün saziş xəbərləri dünya bazarlarına da təsir göstərib: fond indeksləri yüksəlib, neft qiymətləri isə ucuzlaşıb. Buna baxmayaraq, tərəflərin fərqli mövqeləri səbəbindən diqqətlər Tehranın yekun qərarına yönəlib.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












