Tramp: “Soros həbs olunmalıdır” – FOTO

ABŞ Prezidenti Donald Tramp milyarder Corc Soros və onun oğlunun ölkədəki etiraz aksiyalarına dəstəyinə görə məsuliyyətə cəlb edilməli olduğunu bəyan edib. Avtosfer.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabından etdiyi paylaşımda qeyd edib. “Corc Soros və onun “mükəmməl” radikal-solçu oğlu ABŞ ərazisində zorakı etirazlara və digər qanunsuz hərəkətlərə dəstəyə görə RICO qanunu çərçivəsində ittiham olunmalıdır. Biz bu dəlinin Amerikamızı parçalamağına, onun “nəfəs almasına” və azad olmasına imkan verməyəcəyik. Soros və onun psixopat qrupu ölkəmizə böyük zərər vurub. Bu siyahıya onun Qərb sahilindəki (ABŞ-ın Qərb bölgələri – red.) dəli dostları da daxildir. Ehtiyatlı olun, biz sizi izləyirik!”, – deyə Tramp bildirib.
Qeyd edək ki, RICO qanunu (Racketeer Influenced and Corrupt Organizations Act) – ABŞ-da 1970-ci ildə qəbul olunmuş federal qanundur. Qanunun əsas məqsədi mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə aparmaqdır. Bu qanuna əsasən təqsirli şəxslər həm cinayət məsuliyyətinə, həm də mülki məsuliyyətə (məsələn, böyük cərimələr və mülkiyyətin müsadirəsi) cəlb oluna bilərlər.
Xatırladaq ki, Corc Soros bir sıra ölkələrdə etiraz aksiyalarının və rəngli inqilabların əsas maliyyəçisi kimi tanınır.

Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI











