Tramp “TikTok” ilə bağlı müqaviləni ilkin təsdiqləyib

ABŞ prezidenti Donald Tramp Çin sosial şəbəkəsi “TikTok” ilə bağlı müqavilə imzalanmasına ilkin razılıq verdiyini açıqlayıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, ABŞ dövlət başçısı jurnalistlərə açıqlamasında bu barədə bildirib.
“Müqavilə hazırlanır. İlkin razılıq vermişəm. Tam təhlükəsizliyimiz olmalıdır”, - o deyib.
Qeyd edək ki, Tramp avqustun 14-də imzaladığı fərmanla “TikTok”un sahibi olan Çinin “ByteDance Ltd.” şirkətinə müqavilə imzalanması üçün 90 gün möhlət verib, yəni noyabrın 12-dək prosedurlar tamamlanmalıdır.
“TikTok”un ABŞ-dakı əməliyyatları ilə bağlı saziş Çin tərəfdən də təsdiq tələb edir. “ByteDance” Trampın “TikTok” amerikalı istifadəçilərinin məlumatlarının təhlükəsizliyi ilə bağlı narahatlıqlarını aradan qaldıracağına ümid etdiyi təklifi ABŞ səlahiyyətlilərinə təqdim edib.
Bu təklifə əsasən, “ByteDance” “TikTok”un əməliyyatlarını yeni şirkətə - “TikTok Global”a həvalə edəcək. O da servisin ABŞ-da və Çin istisna olmaqla, dünyanın digər ölkələrində xidmətindən məsul olacaq. “Oracle” və “Walmart” ümumilikdə “TikTok Global” şirkətinin 20%-ni əldə edəcək. “Oracle” yeni şirkətin 12,5%-ni alacaq və servis bulud saxlama xidməti təminatçısı olacaq, “Walmart” isə “TikTok Global” şirkətinin 7,5%-ni əldə edəcək və elektron ticarət və ödəniş xidmətləri daxil olmaqla, bir sıra sahələrdə onun tərəfdaşı olacaq. “TikTok Global”ın 80%-nə sahib olacaq “ByteDance”ın 40%-nin amerikalı investisiya fondlarına məxsus olduğunu nəzərə alsaq, “Oracle” və “Walmart”ın payları ilə birlikdə “TikTok Global” ABŞ-dan olan investorlar tərəfindən idarə olunacaq.
“TikTok Global”ın ABŞ-da 25 mindən çox yeni iş yeri yaradacağı və büdcə üçün 5 milyard ABŞ dollarından çox vergi ödənişi təmin edəcəyi gözlənilir.
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır
Regional Bağlantı İnvestisiya Konfransı Bakıya nə qazandıracaq? – EKSPERT
Arzum məhkəmə zalında HƏBS EDİLDİ - FOTO
Azərbaycanın 108 il keşiyində xidmət - 2 İyul “Polis günü”
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO










