Trans-Xəzər marşrutu üzrə daşınmaların həcmi 62 faiz artıb

2024-cü ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə daşınmaların həcmi 62 faiz artaraq, 4,5 milyon ton təşkil edib.
Avtosfer.az "Azərtac"a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevin ölkə Prezidenti Kasım-Jomart Tokayevə təqdim etdiyi məruzəsində bildirilib.
Marat Karabayev nazirliyin keçənilki fəaliyyətinin yekunlarına dair məlumat verərkən qeyd edib ki, Qazaxıstan aviaşirkətləri 14 milyon 700 min sərnişin daşımaqla 10 faiz, hava limanlarında 29 milyon 700 min insana xidmət edilməklə 14 faiz, dəmir yolu nəqliyyatı ilə isə 21 milyon sərnişin daşınmaqla 3,9 faiz artım qeydə alınıb.
Bildirilib ki, Nəqliyyat Nazirliyi 2025-ci ildə Avropa, Asiya və Yaxın Şərq istiqamətləri üzrə 19 yeni aviamarşrut işə salmağı planlaşdırıb. Katon-Karaqaya, Zaysana və Kendirli hava limanlarının tikintisinə başlanılıb.
Bundan başqa 125 dəmiryol vağzalı modernizasiya olunur. 5 nəhəng Dostık – Moyıntı, Almatı ətraf xətti, Darbaza – Maktaaral, Ayaqoz – Baxtı və Kızıljar - Moyıntı dəmir yolu layihələrinin reallaşdırılması davam etdirilir.
Qazaxıstan Prezidenti Mərkəz – Qərb maşın yolunun inşasının sürətləndirilməsini, Qərbi Avropa – Qərbi Çin dəhlizinin genişləndirilməsini, TBNM-in inkişafına xüsusi diqqət ayrılmasını, daxili və xarici aviareyslərin sayının artırılmasını, həmçinin nəqliyyat sektoruna investisiyaların cəlb edilməsinı tapşırıb.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












