Transxəzər dəhlizinin inkişafına 10 milyard avrodan çox sərmayə qoymağa hazırıq

Avropa və beynəlxalq maliyyə institutları Transxəzər nəqliyyat dəhlizinin inkişafına 10 milyard avrodan çox sərmayə qoymağa hazırdır. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bunu Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas Aşqabadda keçirdiyi mətbuat konfransında deyib.
"Transxəzər nəqliyyat dəhlizinin inkişafı davam edən əsas layihədir. Avropa və beynəlxalq maliyyə institutları bu layihəyə 10 milyard avrodan çox sərmayə qoymağa hazırdır", - Kallas martın 27-də Aşqabadda keçirilən Avropa İttifaqı və Mərkəzi Asiya ölkələri nazirlərinin 20-ci görüşünə həsr olunmuş mətbuat konfransı zamanı deyib.
Kallas Aİ ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq istəyinin artdığını vurğulayıb.
Onun sözlərinə görə, Avropa İttifaqı müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Kallas gənclər mübadiləsinin inkişafına, biznes və akademik dairələrdə əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirib.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












