TRIPP layihəsi çərçivəsində texniki-iqtisadi tədqiqatlar başlayıb - Paşinyan

Ermənistanda TRIPP ("Beynəlxalq sülh və firavan həyat naminə Tramp Marşrutu") layihəsinin icrası çərçivəsində texniki-iqtisadi tədqiqatlar başlayıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan İrəvanda ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilə birgə mətbuat konfransı zamanı bildirib.
Nikol Paşinyan TRIPP layihəsini 2025-ci ilin 8 avqustunda keçirilən Vaşinqton sülh sammitinin əsas nailiyyətlərindən biri adlandırıb.
"TRIPP layihəsinin icrası üzrə bu il yanvarın 13-də Ermənistanın xarici işlər naziri və ABŞ Dövlət katibi tərəfindən imzalanan çərçivə sazişi daxilində təsdiq etdik, bu layihə əhəmiyyətli sülh dividendləri ilə yanaşı, həm regional, həm də qlobal əhəmiyyətə malik olacaq", - o deyib.
Onun sözlərinə görə, İrəvan layihə üzrə hazırlıq işlərinin, eləcə də bir neçə gün əvvəl başlayan texniki-iqtisadi tədqiqatların gedişatından razıdır.
"Biz həmçinin cənab Vens ilə Cənubi Qafqazda sabitliyin və sülhün ən vacib zəmanəti kimi regionun nəqliyyat kommunikasiyalarının tamamilə açılması perspektivlərini müzakirə etdik. Hesab edirəm ki, bu kontekstdə Ermənistan və Türkiyə arasında normallaşma prosesi çərçivəsində davam edən dialoqu, o cümlədən Gümrü-Qars dəmir yolunun açılmasını başa çatdırmaq son dərəcə vacibdir", - o deyib.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












